İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp: Putini ukraynalı uşaqları geri qaytarmağa inandıra bilərəm

ABŞ prezidenti Donald Tramp Vladimir Putini oğurlanmış ukraynalı uşaqları geri qaytarmağa inandıra biləcəyini deyib.

Fox News Radio jurnalisti Trampa Rusiyanın təxminən 20 min ukraynalı uşağı oğurladığını, onların adlarını dəyişərək müxtəlif ailələrə verdiyini xatırladıb və bu məsələnin Moskvanın səmimi danışıqlara hazır olub-olmadığını göstərən bir test ola biləcəyini vurğulayıb.

Tramp bu məsələdən yeni xəbər tutduğunu qeyd edərək belə cavab verib:

“Düşünürəm ki, bacararam. Bu barədə çox şey bilmirdim, dünən eşitdim. Çox çətin məsələdir, amma inanıram ki, bunu edə bilərəm.”

Qeyd edək ki, Rusiyanın işğal olunmuş Ukrayna ərazilərindən minlərlə uşağı qanunsuz deportasiya etməsi beynəlxalq səviyyədə insan haqlarının pozulması kimi qiymətləndirilir. Beynəlxalq Cinayət Məhkəməsi (ICC) bu ittihamla Rusiya prezidenti Vladimir Putinə və uşaq ombudsmanı Mariya Lvova-Belovaya həbs orderi verib. Trampın bu açıqlaması onun Rusiya ilə münasibətlərinə dair yeni müzakirələrə səbəb olub.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR