İnsanlara hürriyət, millətlərə istiqlal!

Şok: Trampın komandası Zelenskiyə Fransaya sığınmağı tövsiyyə edib

New York Post-un məlumatına görə, ABŞ Prezidenti Donald Trampın komandası Ukrayna lideri Vladimir Zelenskiyə dərhal Fransaya getməyi tövsiyə edib. Ağ Evdə Zelenskiyə qarşı narazılıqların artdığı və Ukrayna rəhbərliyinin dəyişdirilməsi məsələsinin artıq bir neçə aydır müzakirə edildiyi bildirilib.


Ağ Evdən bir mənbə qəzetə bildirib ki, Zelenskiyə qarşı əhval-ruhiyyə Qərb qanadında geniş yayılıb və Vaşinqton artıq Ukrayna rəhbərliyinin dəyişdirilməsini aktiv şəkildə müzakirə edir.

Musavat.com -un hazırladığı xəbərə görə bundan əlavə, Zelenskinin Ukrayna Pravoslav Kilsəsini qapatmağa imkan verən qanunu da ABŞ-da tənqid olunub. Ağ Evdəki mənbələrdən biri bu qərarı tənqid edərək bildirib:

“Mən də Papa Fransisk kimi kilsələri bağlayan liderləri dəstəkləmirəm.”

Məlumata görə, Vaşinqtonun Ukrayna rəhbərliyinə qarşı münasibətində dönüş nöqtəsi “nadir minerallar” sazişinin imzalanmaması olub.

Trampın komandası iddia edir ki, Zelenski əvvəlcə ABŞ-a 500 milyard dollarlıq nadir torpaq elementləri ayırmağa razılaşıb, lakin sonradan bu razılaşmadan geri çəkilib. Razılaşmaya əsasən, ABŞ Konqresi də Ukraynaya 183 milyard dollarlıq yardım etməli idi.

Trampın komandası bunu Zelenskinin etimadı sarsıdan hərəkəti kimi qiymətləndirib və onun Vaşinqtonla münasibətlərinin daha da gərginləşdiyini bildirir.

ABŞ-ın Ukraynada yeni liderə üstünlük verməsi gözlənilir?

Hazırda Tramp administrasiyasının Ukraynada Zelenskinin yerinə konkret namizəd irəli sürmək niyyəti olmadığı vurğulansa da, Zelenskinin hakimiyyətdə qalmasının ABŞ üçün arzuolunmaz olduğu açıq şəkildə ifadə edilir.

Bu gərginlik ABŞ-Ukrayna münasibətlərində ciddi dəyişikliklərə səbəb ola bilər və yaxın aylarda Vaşinqtonun Ukrayna rəhbərliyi ilə bağlı mövqeyinin necə dəyişəcəyi sual altındadır.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR