İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan və Azərbaycan yenidən qarşıdurmadadır – gərginliyin artmasının səbəbi budur

Musavat.com xəbər verir ki, ingilisdilli ölkələrə bağlı “The Conversation” nəşri Ermənistan və Azərbaycan arasında mövcud gərginlikdən bəhs edən məqalə yayımlayıb. “Armenia and Azerbaijan are at loggerheads again – here’s why tensions are rising” (Ermənistan və Azərbaycan yenidən qarşıdurmadadır – gərginliyin artmasının səbəbi budur) başlıqlı yazıda müəllif Svante Lundqren bölgədəki hərbi və siyasi vəziyyəti şərh edib.

Məqalədə qeyd olunur ki, Ermənistan orduda islahatlar aparmaq və yeni silahlar almaqla Azərbaycanın hərbi üstünlüyünü balanslaşdırmağa çalışır, lakin bu cəhdlər hələ də Azərbaycanın güclü mövqeyini dəyişməyə kifayət etmir. Müəllifin fikrincə, istənilən potensial qarşıdurma Ermənistanın sürətli məğlubiyyəti ilə nəticələnəcək.

Lundqrenin fikrincə, mövcud gərginliyin əsas səbəbi Zəngəzur dəhlizinin açılması ilə bağlı mübahisələrdir. O bildirir ki, Ermənistan bu marşrutun işə düşməsinə imkan vermək istəmir, bu isə iki ölkə arasında yeni gərginlik ocağı yaradır. 

0266c0e7-3996-3c52-b7d2-be1df5376d14_850.jpg (101 KB)

Məqalədə Azərbaycanın Ermənistanı revanşa hazırlaşan tərəf kimi təqdim etdiyi vurğulanır. Müəllifin fikrincə, Bakı bu vəziyyəti əsas gətirərək Ermənistana qarşı hərbi əməliyyata başlaya bilər.

Bununla belə, müəllif Lundqren iddia edir ki, 2020 və 2023-cü illərdən fərqli olaraq, bu dəfə Qərb Azərbaycanın Ermənistana qarşı hərbi addımlarına biganə qalmayacaq. O, Qərbin birbaşa hərbi müdaxilə edəcəyini ehtimal etməsə də, Azərbaycanı sanksiyalarla cəzalandıra biləcəyini qeyd edir.

Qeyd edək ki, son dövrlər beynəlxalq media Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı fərqli analizlər yayımlayır. Zəngəzur dəhlizi, sərhəd məsələləri və regional balans məsələləri müzakirələrin əsas mövzusuna çevrilib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR