İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp indi də Kanadanın Baş nazirini aşağıladı: “Trüdo həmişə uğursuz olub, o, Kanadanı məhv edir”

ABŞ Prezidenti Donald Tramp Kanadanın Baş naziri Castin Trüdo barədə sərt ifadələr işlədib.

Musavat.com xəbər verir ki, Fox News Radioya müsahibəsi zamanı Tramp, Trüdonun Kanadaya zərər verdiyini və onun siyasətini “marksist və radikal sol” adlandırdığını bildirib.

Məsələ necə başladı?

Trampdan Kanada hokkey yığmasının Dördlər Kubokunun finalında ABŞ komandasını məğlub etməsi barədə fikir bildirməsi istənilib. Qeyd edək ki, oyundan sonra Kanadanın Baş naziri Castin Trüdo, sosial şəbəkədə qalibiyyətlə bağlı paylaşım edərək yazmışdı:

“Siz bizim ölkəmizi ala bilməzsiniz – və siz bizim oyunumuzu da ala bilməzsiniz.”

Bu mesaja cavab olaraq Tramp Trüdoya “uğursuz” deyərək onu sərt şəkildə tənqid edib:

“Castin həmişə uğursuz olub. Düşünürəm ki, o, Kanada üçün çox pis iş görüb. O, yaxşı oğlan kimi görünə bilər, amma uğursuzdur. Oyunun özü isə fantastik idi… Bizim Kanada ilə münasibətlərimiz yaxşıdır, amma Castinlə yox. Çünki Castin həddindən artıq radikal solçudur. O, Kanadanı məhv edir. Onun siyasəti tamamilə marksistdir və bu, Kanadanı tamamən çökdürüb. Kanada pis vəziyyətdədir.” 

Tramp Trüdonun siyasətdən getməsini alqışladı

Tramp Trüdonun qarşıdakı seçkilərdə namizəd olmayacağı ilə bağlı qərarını “ağıllı addım” adlandıraraq, onun qalib gəlmək şansının olmadığını bildirib:

“Bu, ağıllı qərardır, çünki onun qalib gəlmək şansı olmayacaq.”

Trampın bu sərt sözləri ABŞ-Kanada münasibətlərinə təsir edəcəkmi? Bu, Kanadanın daxili siyasətində hansı dəyişikliklərə səbəb olacaq? Gözləntilər yaxın günlərdə aydınlaşacaq.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Aprel 2025

23 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR