İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniya XİN başçısı Avropanı ABŞ-yə təzyiqi artırmağa çağırıb

Almaniyanın xarici işlər naziri Annalena Berbok Avropanın, habelə Vaşinqtonun Rusiya ilə Ukrayna üzrə danışıqları kontekstində, ABŞ-yə təzyiqi artırmalı olduğunu bildirib.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

“Biz amerikalılara daha Avropanın liberal demokratiyalarının tərəfini tutmasalar, itirəcəkləri şeylərin olduğunu göstərmək üçün onlara təzyiqi artıracağıq”, - Berbok Potsdamda keçirilən seçki kampaniyası zamanı deyib.

Xanım siyasətçi onu da qeyd edib ki, Almaniya siyasətində yeni dönüş nöqtəsinin vaxtı çatıb.

“Heç kim nə ukraynalıların, nə də bizim, avropalıların arxasından müharibə və sülh məsələlərinə qərar verə bilməz. Bu, Almaniyanın aydın mövqeyidir”, - Berbok vurğulayıb.

Almaniya XİN başçısı Avropa-Amerika münasibətlərini şərh edərkən gözləmə mövqeyinin zəruri olduğunu söyləyib. “Hələ heç nəyə qərar verilməyib”, - o, fikirlərini yekunlaşdırıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR