Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp, Ukrayna ilə faydalı qazıntıların hasilatı üzrə sazişin bağlanmaq üzrə olduğunu açıqlayıb. Sky News-un məlumatına görə, Tramp bildirib ki, əgər bu razılaşma imzalanmasa, Ukrayna ilə ciddi problemlər yaşana bilər.
“Biz ya razılaşma imzalayacağıq, ya da onlarla çoxlu problemlər olacaq. Ona görə də biz təhlükəsizliyi təmin etmək üçün razılaşmanı imzalamalıyıq. Biz öz sərvətimizi xərcləyirik, onlar isə öz qanlarını tökürlər. Onlar çox cəsurdurlar, amma biz uzaq bir ölkəyə milyardlar xərcləyirik. Bu normaldır, lakin bizə Avropaya göstərilən münasibət göstərilməlidir.”
Tramp ABŞ-ın Ukraynaya Avropadan fərqli olaraq kredit şəklində deyil, geri qaytarılmayan yardımlar etdiyini vurğulayıb və bunu sərt şəkildə tənqid edib:
“Avropa Ukraynaya pul verir və bu pulları geri qaytaracaq, lakin biz geri almırıq. Biz uduzuruq. Artıq bu cür davam edə bilmərik. Ona görə də ümid edirik ki, yaxın zamanda razılaşma imzalanacaq.”
Musavat.com
22 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ