İnsanlara hürriyət, millətlərə istiqlal!

Diddinin vəkili onun işindən imtina etdi: "Davam edə bilmərəm"

Qalmaqallı amerikalı reper P.Diddinin (əsl adı Şon Kombs) vəkili Entoni Riko sənətçini məhkəmədə təmsil etməkdən imtina edib.

Oxu.Az xəbər verir ki, bu barədə "The Sun" vəkilin açıqlamasına istinadən məlumat verib.

"Mən Şon Kombsa məhkəmənin tələb etdiyi yüksəksəviyyəli hüquqi təmsilçiliyi təmin etsəm də, heç bir halda onun vəkili kimi səmərəli fəaliyyət göstərməyə davam edə bilmərəm", - o Nyu-York məhkəməsinə verdiyi vəsatətində bildirib.

Rikko həmçinin əlavə edib ki, onun işdən imtina etməsi qərarının işin davam etdirilməsinə və məhkəmə prosesinin gecikmədən başlamasına imkan verəcək.

Xatırladaq ki, sentyabrın 17-də reper, prodüser Şon Kombs həbs edilib. O, reketlik məqsədilə sövdələşmə, cinsi istismar məqsədilə insan alveri və fahişəlik fəaliyyəti üçün insanların daşınması ittihamı ilə üç maddə üzrə təqsirli bilinərsə, onu ömürlük həbs cəzası və minimum 15 il azadlıqdan məhrum etmə gözləyir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR