İnsanlara hürriyət, millətlərə istiqlal!

Saxta xəbər torundan necə yayınaq: Müzakirə - VİDEO

Beynimizi daim bu cür kökləməliyik – “Yalan ola bilər, dəqiqləşdirim!”

Onlayn mediada, sosial şəbəkələrdə saxta xəbərlərlə təxribatlar törətmək istəyən şəxslər, qruplar son illərdə daha da artmaqdadır. Müasir dövrümüzü isə internetsiz təsəvvür etmək mümkün deyil. İnsanlar hazırda informasiyanı daha çox iki mənbədən əldə edir - onlayn media və sosial şəbəkələrdən. Bu iki məkanda isə təxribatçı qruplar, məkrli missioner dairələr, İP “həvəskarları”, ucuz, pulsuz reklam məqsədi güdənlər çox asanlıqla – saxta, həyəcan, təşviş yaradan xəbərlərlə (fake news) kütlələrə təsir edə, diqqəti özlərinə cəlb edə və ya hədəfdən, doğru xəbərdən, reallıqdan yayındıra bilirlər.
Hazırda dünyada geniş şəkildə istifadə olunan “silahlardan” biri də məhz budur. Bəzən biz ölkəmizdə bir saxta xəbərin toruna böyük kütlələrin düşülməsi səbəbindən ciddi narahatlıqların, hətta bəzən keçici çaxnaşmaların yaranmasının şahidi oluruq. Qarşıda isə bu kimi təxribatların daha da intensivləşə biləcəyinə dair ekspertlər həyəcan təbili çalır...

“Vətəndaş Maarifləndirilməsi” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Saxta xəbər torundan necə qorunaq - mediada və sosial şəbəkələrdə böyük təbliğat kampaniyası” adlı layihə çərçivəsində bu yöndə maarifləndirici materialla çıxış edib. Birliyin icraçı direktoru, layihə rəhbəri Elşad Məmmədlinin ərsəyə gətirdiyi materialda bu və digər suallara cavab verilib.

Musavat.com Musavat.TV-də yayımlanmış həmin verilişi təqdim edir.



Link: https://www.youtube.com/watch?v=lIZnmltNuY0

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR