İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağ Evə dəvət ehtimalı: Bakı ilə Vaşinqton arasında münasibətlər isinir

Azərbaycan ilə ABŞ arasında strateji tərəfdaşlıq əlaqələri son illərdə müxtəlif mərhələlərdən keçib. Prezident İlham Əliyev Donald Trampın prezidentliyi dövründə iki ölkə arasındakı münasibətlərin uğurla inkişaf etdiyini vurğulayıb. O qeyd edib ki, Trampın rəhbərliyi altında Azərbaycan-ABŞ əlaqələri çox uğurla inkişaf edib, lakin son 4 ildə, Bayden administrasiyasının ədalətsiz və haqsız yanaşması nəticəsində bu əlaqələr tamamilə pisləşmişdi.

Əliyev Tramp administrasiyası ilə əməkdaşlığın müsbət təcrübəsini qeyd edərək bu dövrdə münasibətlərin qarşılıqlı hörmət və konkret dəstək əsasında qurulduğunu bildirib. O, həmçinin Trampın xarici siyasətinin müharibələrdən çəkinmə və ənənəvi dəyərlərə hörmət prinsiplərinə əsaslandığını vurğulayıb.

Bütün bu faktorlar fonunda Azərbaycan rəhbərliyi ABŞ-ın yeni administrasiyası ilə strateji əlaqələri yenidən qurmağa və inkişaf etdirməyə hazır olduğunu ifadə edir.

Politoloq Elxan Şahinoğlu bununla bağlı Musavat.com-a açıqlamasında deyib:

"ABŞ prezidenti Donald Trampın azərbaycanlı həmkarı İlham Əliyevə məktubu göstərir ki, Ağ Ev Azərbaycanla əməkdaşlığın inkişafında maraqlıdır. Tramp hələ ki, qlobal məsələlərlə məşğuldur, Ağ Ev sahibi tariflərin artırılması, Rusiya-Ukrayna müharibəsi, İranın nüvə proqramı kimi problemlərin həllinə çalışır.

ELXAN SON.jpg (74 KB)

Ancaq mümkündür ki, yaxın gələcəkdə Donald Tramp Azərbaycan Prezidentini Ağ Evə dəvət etsin. Təsadüfi deyil ki, Trampın komanda üzvləri bir neçə dəfə Azərbaycan Prezidenti, Prezidentin köməkçisi və xarici işlər naziri ilə əlaqə saxlayıb, fikir mübadiləsi aparıblar. Fikrimcə, bu dialoq daha da genişlənəcək. Azərbaycanla Ermənistan arasında aparılan danışıqlar da Ağ Evin diqqət mərkəzindədir.

Donald Trampın İlham Əliyevə məktubunda diqqətçəkən başqa bir məqam da var idi. Tramp Azərbaycan-İsrail tərəfdaşlığından məmnundur. Azərbaycan İsraillə sıx əlaqələrə malikdir, bu, hər iki tərəf üçün faydalıdır. Bundan başqa, Azərbaycan strateji müttəfiqi Türkiyə ilə tərəfdaşı olan İsrail arasında gərginliyi azaltmaq istəyir. Rəsmi Bakının bu iki dövlət arasında vasitəçiliyi hamı üçün faydalıdır. Bakının bu vasitəçiliyi Ağ Ev üçün də əməmiyyətlidir. Çünki Bakı kimi Vaşinqton da Türkiyə-İsrail arasında gərginliyin azalmasını və barış mühitinin formalaşmasını istəyir".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR