İnsanlara hürriyət, millətlərə istiqlal!

Onlar hərbi xidmətdən müvəqqəti azad olunur - RƏSMİ

Azərbaycanda ali təhsil alan şəxslərə hərbi xidmətdən möhlət verildiyi hər kəsə məlumdur.

Bəs təhsildən başqa hansı hallarda hərbi xidmətdən müvəqqəti azad olmaq mümkündür?

Mövzu ilə bağlı Metbuat.az-a danışan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin mətbuat katibi Pərviz Sədrəddinov bildirib ki, Azərbaycan qanunvericiliyi vətəndaşlara yalnız üç əsas səbəbə görə müddətli həqiqi hərbi xidmətdən möhlət hüququ tanıyır:

"Təhsil möhləti - Əgər şəxs ali və ya orta ixtisas təhsilinə davam edirsə, bu zaman hərbi xidmətə çağırışdan müvəqqəti azad olunur. Sağlamlıq vəziyyəti - Şəxsin tibbi müayinəsi zamanı səhhətində hərbi xidmətə müvəqqəti yararsızlıq və ya çətinliklər aşkarlanarsa, möhlət tətbiq edilir. Bu qərar hərbi-həkim komissiyasının rəyinə əsasən verilir.

Ailə vəziyyəti - Əgər vətəndaş ailədə yeganə baxıcıdırsa və ya ailə vəziyyəti ilə əlaqədar hərbi xidmətə getməsi real deyil. Məsələn, ailəsində ağır xəstə, əlil və ya himayəsində azyaşlı varsa - bu halda da qanunla nəzərdə tutulan müvəqqəti möhlət hüququ var".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR