İnsanlara hürriyət, millətlərə istiqlal!

Buna görə CƏRİMƏ edilə bilərsiniz - DETALLAR

Ekspert: “İctimai qınaq və sosial nəzarət mexanizmi də olmalıdır”

İctimai yerlərdə siqaret çəkmək və siqaretin kötüyünün hara gəldi atılmasının qarşısını almaq üçün ölkəmizdə inzibati cəza tədbirləri mövcuddur. Etiraf etməliyik ki, bu cəza tədbirinin tətbiqindən sonra ictimai yerlərdə siqaret çəkənlərin sayı kəskin azalıb.

İndi isə digər bir məsələ gündəmə gəlib. İctimai yerlərdə ayrı-ayrı adamların söyüşlə danışmağı ciddi narahatlıq doğurur.

Maraqlıdır ki, bir çox ölkələrdə bu cür şəxslər üçün cəza tədbirləri var. Hətta Rusiya Dövlət Dumasında ictimai yerlərdə və internetdə söyüş söyməyə görə nəzərdə tutulan cərimənin 10 dəfə artırılması təklif edilib. Dövlət Dumasının deputatı Aleksandr Aksenenko İnzibati Xətalar Məcəlləsinə ictimai yerlərdə və internetdə nalayiq sözlərdən istifadəyə görə cərimələrin min rubldan 10 min rubla qədər artırılmasını nəzərdə tutan dəyişikliklər edilməsini təklif edib.

Qazaxıstanda da ictimai yerlərdə söyüşə görə cəzalar artırılıb. Bu ölkədə yenilənmiş İnzibati Xətalar Qanunu qüvvəyə minib, söyüş söyənlərə veriləcək cəzalar ağırlaşdırılıb.

Bundan sonra ictimai yerlərdə söyüş söyən, təhqir və təzyiqlərə yol verən, ictimai binalara və yaşayış yerlərinə, habelə ictimai nəqliyyat vasitələrinə və ictimai əmlaka zərər vuran, ictimai yerlərə hörmətsizlik edən, insanların ictimai asayişini və əmin-amanlığını pozan şəxslər ciddi şəkildə cəzalandırılacaqlar.

Günahı sübuta yetirilənlərə 69 min tenge (təxminən 267 AZN) və ya 15 günə qədər həbs cəzası veriləcək. Cinayətin təkrar törədildiyi təqdirdə həbs cəzası 30 günə qədər artırılacaq.

Bəs ölkəmizdə belə bir qaydanın tətbiqi mümkündürmü?

Çingiz Qənizadə: Prezidentin parlament qarşısında qoyduğu mühüm vəzifələr  layiqincə yerinə yetirilir - AZƏRTAC

 Çingiz Qənizadə 

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə “Yeni Müsavat”a açıqlamasında bildirib ki, ictimai yerlərdə söyüş söymək, kiminsə haqqında əxlaqsız fikirlər bildirmək ictimai qaydanı pozan məqamlardır və inzibati məsuliyyət yaradır. Onun sözlərinə görə, bu kimi hallar xırda xuliqanlıq hesab edilir: “Çox təəssüf ki, Azərbaycanda bu kimi hallara qarşı cəzanın tətbiq edildiyini görmürük. Mənəvi dəyərlər sanki itmək üzrədir. Sosial şəbəkələrdə, küçədə və digər ictimai nəqliyyatda davranış qaydalarında narahatedici məqamlar var. Belə hallar olanda əgər polis yaxınlıqdadırsa, hansısa tədbir görür. Amma birmənalı olaraq belə bir qaydanın tətbiqi, yəni bunun inzibati məsuliyyət yaradan hal olması, lazım gəldikdə xırda xuliqanlıq kimi digər tövsiv əməllərinin tətbiq edilməsi ilə bağlı maarifləndirici işlər olmalıdır. İnsanlar bəzən törətdiyi əməlin nəticəsini bilmirlər, eyni zamanda maariflənmək istəmirlər ki, gələcəkdə bu cür əməllərə yol verməsinlər.

Biri küçədə siqaretin kötüyünü, digəri içdiyi suyun qabını yerə atır, ayrısı ucadan söyür. Bütün bunların hamısı inzibati məsuliyyət yaratmalıdır və onun tətbiqini gücləndirmək lazımdır. Uyğunsuz davranış, söyüş və dəyərlərə zidd hərəkətlərlə bağlı tədbirlərin aparıldığını görmürük".

Televiziyalarda haradan qidalandığı bəlli olmayan verilişlər var" - Üzeyir  Şəfiyev: "Guya ancaq qadınlara qarşı zorakılıq edilir"

Üzeyir Şəfiyev

Sosioloq Üzeyir Şəfiyev “Yeni Müsavat”a bildirib ki, ictimai yerlərdə vulqar, təhqiramiz ifadələr işlədənlər və maşınların siqnalları ilə səs kirliliyi yaradanlar üçün hüquqi məsuliyyət nəzərdə tutulur: “Bununla bağlı cəmiyyətdə hüquqi maarifləndirmə işləri aparılmalıdır. İnsanların hüquqi savadlılığı artmalı və bilməlidirlər ki, ictimai məkanlarda davranış qaydalarına əməl etməlidirlər. Əks təqdirdə, onların davranışı ictimai asayişin pozulması əleyhinə addım kimi hüququ məsuliyyətin təsiri altına düşəcək. Həm inzibati xətalar, həm də cinayət məcəlləsində müvafiq hüquqi məsuliyyət nəzərdə tutulub. İnsanlar bununla bağlı maarifləndirilməlidir. Burada ailə tərbiyəsi də rol oynayır. Ailələrlə, uşaqlarla işləmək lazımdır. Məktəblərdə həyat bilgisi çərçivəsində bu haqda uşaqlara anlayış ötürülməlidir.

Biz söyüş söyənlərə tək küçələrdə deyil, avtobuslarda da rast gəlirik. Bu özünü daha çox sərnişin-sürücü münasibətində göstərir. Bütün bunlar ekoloji polis anlayışını aktuallaşdırır. Polisin bir missiyası da belə nizamsızlıqları qaydaya salmaqdır. Polis ziyalılar, ictimai fəallar, tanınmış imzalar və ictimaiyyət nümayəndələri ilə birlikdə bu istiqamətdə birgə ardıcıl maarifləndirici tədbirlər görməlidir. Televiziyalarda, sosial media platformalarında təbliğat aparılmalıdır. Burada QHT-lər də KİV-lə birgə koordinasiyalı işləyə bilər. İctimai qınaq və sosial nəzarət mexanizmi də olmalıdır".

Fazil Mustafa güllələndi — Yenilənib

Fazil Mustafa

Millət vəkili Fazil Mustafa deyir ki, ictimai yerdə insanların hansısa bir davranışı mədəniyyət məsələsidir. Deputatın sözlərinə görə, buna hüquq məsələsi kimi baxılsa, böyük problemlər yaşanar: “Cəmiyyətin təhsil səviyyəsi aşağı düşdükcə ədəbi ifadə ilə deyil, jarqon və söyüş dili ilə danışılacaq. Ona görə də bunu hüquq çərçivəsində qiymətləndirsək, kiməsə nəyisə sübut etmək çətin olar. Hətta bu başqasına hansısa bir şəxsi bu ad altında ittiham etməyə, şərləməyə şərait yaradacaq. Siqaret maddi sübutu olan məsələdir. Maddi sübutu olmayan məsələlər ətrafında hansısa sübut ortaya qoymaq çətindir. Tutaq ki, kimsə yanımızdan keçəndə söyüş söyür. Bunu sonra necə sübut edək? Adam dediyini dana bilər. Hər söyüş söyənin səsini yazaq?!”

Şahanə RƏHİMLİ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR