Onlayn ictimai-siyasi qəzet
2023-cü ilin iyunundan 2024-cü ilin mayına qədər ən azı 51 Çin vətəndaşı müqavilə əsasında hərbi xidmət üçün Moskva seçim məntəqəsindən keçib.
Musavat.com ArbatMedia portalına istinadla xəbər verir ki, bu barədə Rusiya ordusuna qəbulla bağlı məlumatları araşdıran jurnalistlər bildiriblər.
Bildirilir ki, çinlilər bir il ərzində hər ay seçim məntəqəsinə gəliblər. Müqavilə ilə Rusiya ordusunun tərkibində Ukraynada döyüşmək istəyənlərin ən kiçiyinin 20, ən böyüyünün isə 51 yaşı olub. Bu şəxslər müqavilə imzamazdan bir müddət əvvəl Moskvaya gəliblə - bəziləri iki gün əvvəl, bir çoxları isə bir həftə əvvəl. Moskvaya gəldiyini gün müharibəyə getmək uçun ərizə verənlər də olub.
Müqavilə imzalandıqdan sonra bu muzdluların başına gələnlər əksər hallarda məlum deyil. Lakin Ukrayna mətbuatının məlumatına görə, onlardan ən azı biri öldürülüb.
Karneqi fondunun Rusiya və Avrasiya araşdırmaları mərkəzinin eksperti Temur Umarov hesab edir ki, Rusiya ordusuna qoşulan Çin vətəndaşlarının sayının az olduğunu nəzərə alsaq, Çin hakimiyyəti onların döyüşlərdə iştirakından xəbərsiz ola bilərdi.
Musavat.com
13 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ