İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur meyxanaçı Baləli dəymiş zərəri qarşıladı

“Baləli dəymiş zərəri qarşılayıb. Bəzi xırda xərcləri isə özüm qarşılayacağam”.

Bu sözləri Musavat.com-a tanınmış meyxanaçı Balaəli Maştağalının qəza törədərək avtomobilinə zərər vurduğu şəxs bildirib.

O qeyd edib ki, zədələnmiş faraların ödənişini meyxanaçı edib və ona dəyən zərər tam ödənilib.

Qeyd edək ki, ötən gün Musavat.com-a müraciət edən şikayətçi bildirmişdi ki, yanvarın 29-da Bakının Yasamal rayonu ərazisində, “Gənclik” istiqamətindəki işıqforun qarşısında dayanmış avtomobilə arxadan güclü zərbə dəyib. Hadisə nəticəsində zərərçəkmiş şəxsin avtomobilinin arxa hissəsi – iki stop işığı, bufer və baqaj qapağı hissəsi ciddi şəkildə zədələnib.

Zərərçəkmişin sözlərinə görə, avtomobilə çırpılan nəqliyyat vasitəsi “Mercedes Benz G-Class” markalı, 77-BM-777 dövlət nömrə nişanlı maşın olub. Sürücünün isə tanınmış meyxanaçı Balaəli Oqtay oğlu Rzayev (ictimaiyyət arasında Balaəli Maştağalı kimi tanınır) olduğunu görüb. O meyxanaçı ilə öz aralarında razılığa gəlsə də, meyxanaçı 200 manatdan artıq pul ödəməyib.

Könül,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR