Onlayn ictimai-siyasi qəzet
Çin bu gündən etibarən ABŞ-dan idxal olunan mallarına əlavə rüsumları 84 faizdən 125 faizə qaldırıb.
Musavat.com "Bloomberg"ə istinadən xəbər verir ki, məlumatı Çinin Maliyyə Nazirliyi açıqlayıb.
Nazirlik qeyd edib ki, bundan sonra Pekin Çin məhsullarına əlavə ABŞ tariflərinə məhəl qoymayacaq:
"Bazarın artıq Çinə ixrac edilən Amerika mallarını indiki tarif səviyyələrində qəbul etmək imkanının olmadığını nəzərə alsaq, Amerika tərəfi bundan sonra da ABŞ-a ixrac edilən Çin mallarına tariflər tətbiq etməyə davam edərsə, Çin tərəfi buna əhəmiyyət verməyəcək".
Çin Ticarət Nazirliyi öz növbəsində "ABŞ-ın Çinə qarşı həddindən artıq yüksək tariflərinin tətbiqinin iqtisadiyyat üçün praktiki əhəmiyyəti olmayan" rəqəmlər oyununa çevrildiyini" vurğulayıb:
"Tariflərin artırılması yalnız onu göstərir ki, ABŞ tariflərdən zorakılıq və məcburiyyət vasitəsi kimi istifadə edir, onu gülüş obyektinə çevirir".
Musavat.com
13 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ