Onlayn ictimai-siyasi qəzet
220 nömrəli məktəb-liseydə intihara cəhd hadisəsi baş verib.
Manset.az-ın əldə etdiyi məlumata görə, həmin məktəbin səkkizinci sinif şagirdi Məlikzadə Rəsul bu gün səhər saatlarında, dərs zamanı özünü pəncərədən atıb.
Şagird sinif yoldaşları ilə aralarında yaranan mübahisədən sonra bu addımı atıb.
Rəsul Məlikzadə ağır kəllə-beyin travması alıb. Daha sonra müəllimlərin köməkliyi ilə təcili tibbi yardım çağırılaraq, xəstəxanaya göndərilib.
Hadisə yerində hüquq-mühafizə orqanları əməkdaşlarının araşdırma apardığı bildirilib.
13 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ