Onlayn ictimai-siyasi qəzet
Bu gün ABŞ Çin mənşəli məhsullara tətbiq olunan gömrük rüsumlarını üçüncü dəfə artıraraq 145 faizə çatdırıb.
Musavat.com xəbər verir ki, bu addım iki ölkə arasında ticarət gərginliyini bir qədər də alovlandırıb.
Çinin cavabı isə özünü çox gözlətməyib. Pekin tərəfi "Amerikanın yenidən sənayeləşməsi"ni məsxərəyə qoyan yeni bir video yayımlayıb.
ABŞ bu satirik videoya etiraz olaraq, "Amerika fabriki"nin real fəaliyyətini əks etdirən cavab videosu hazırlayıb.
Digər tərəfdən, Çin sabahdan etibarən ABŞ məhsullarına tətbiq olunan əlavə rüsumları 84 faizdən 125 faizə qədər artırmağı planlaşdırır. Beləliklə, iki ölkə arasında qarşılıqlı gömrük rüsumlarının artması yeni bir ticarət qarşıdurmasının siqnalını verir.
Musavat.com
13 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ