Onlayn ictimai-siyasi qəzet
Müğənni Xuraman Şuşalı dünyasını dəyişən anası Gülbəs xanımla bağlı paylaşım edib.
İfaçı sosial media hesabında bunları yazıb:
"10 aprel anamın dünyadan köçdüyü gündür. Günün günahı yoxdur. Allahın məsləhəti belə imiş. Allah yəqin ki, anamı daha gözəl yerə apardı. Çünki mən onu Ər-rahim bilirəm. Anamın öldüyü gün yetim qaldığım, gücümü itirdiyim gündür. 11 il sənsiz keçdi. Ruh aləmindən xəbərimiz yoxdur, ancaq inanıram ki, səndə hər şey yaxşıdır. Çünki bu dünyada yetərincə əziyyət çəkdin. indi daha yaxşı olarsan. Bilmirəm görüşəcəyik, ya yox, ancaq səni heç kim əvəz etmir. Çalışıram depressiyaya düşməyim, yıxılmayım, çünki artıq anam yoxdur, mənə məsləhət verib quyudan çıxarda. Yaşamalıyam, çünki sənin kimi güclü olmağa qərar verdim. Sən həyatımın ən gözəl parçasısan. Sənin üçün dua, ehsanlar edən övladın var. İnşallah ki, sən məndən razısan. Haqqını halal et. Kaş ki, sağ olaydın, ana". (Axşam.az)
13 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ