İnsanlara hürriyət, millətlərə istiqlal!

Fazil Mustafadan tikiləcək 16 min mənzillə bağlı təklif  

Komitə sədri Fazil Mustafa Milli Məclisdəki çıxışında əvvəlcə spiker Sahibə Qafarovanı Özbəkistana uğurlu səfəri ilə bağlı təbrik edib.

 Musavat.com xəbər verir ki, deputat daha sonra bildirib ki, hökumətin hesabatı zamanı qəzalı binalarla bağlı məsələni gündəmə gətirmişdi.

Bu çıxışdan dərhal sonra Baş nazir Əli Əsədov tərəfindən ona cavab verildiyini deyən F.Mustafa operativ reaksiyaya görə təşəkkürünü bildirdi. 

Deputat qeyd etdi ki, qəzalı binalarla əlaqədar 16 minə yaxın mənzilin yenidən tikilməli olduğu reallığı ortaya çıxıb. F.Mustafa  bir müddət əvvəl vətəndaşın mənzilinin tikinti şirkəti tərəfindən qanunsuz olaraq sökülməsi faktını xatırlatdı.

Əlavə etdi ki, burada təkcə vətəndaşların şəxsi əmlakı deyil, həm də sahibkarların mənafeləri müzakirə mövzusu olmalıdır. Deputat qeyd etdi ki, planlaşdırılan 16 min mənzilin tikintisi zamanı da sahibkarların üzləşdiyi problemlərə diqqət çəkmək lazımdır. “Çoxsaylı insanlar çətinliklə icazə alıblar, amma işə başlaya bilmirlər”, deyən F.Mustafa əlavə etdi ki, bir məkanda 70 sakinlə razılaşırlarsa, qalan iki sakinlə razılaşa bilmirlər.

 Millət vəkilinin sözlərinə görə, optimal qiymətləndirmə məsələsində problemlərin olması işləri yubadır. Ona görə də optimal qiymət müəyyənləşməlidir. Yəni minimum nə qədər vəsait təklif olunmalıdır ki, tikinti işlərinə dərhal başlamaq mümkün olsun. 

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR