Onlayn ictimai-siyasi qəzet
Aprelin 11-də Türkiyədə IV Antalya Diplomatiya Forumu (ADF2025) işə başlayıb.
Musavat.com xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın himayəsi və Türkiyənin Xarici İşlər Nazirliyinin (XİN) ev sahibliyi ilə keçirilən tədbir bu il “Parçalanan dünyada diplomatiyaya sahib çıxmaq” mövzusunu əhatə edir.
Dörd mindən çox qonağın qatılacağı ADF2025-də dünyanın 140-dan çox ölkəsindən 20-dən artıq dövlət və hökumət başçısının iştirakı nəzərdə tutulur. Tədbirdə 50-dən çox ölkə xarici işlər nazirləri də daxil olmaqla, 70-dən artıq nazirlə təmsil edilir. Foruma, həmçinin təxminən 60 yüksəksəviyyəli beynəlxalq təşkilatın nümayəndələri qatılır.
Üç gün davam edəcək tədbirdə müxtəlif coğrafiyaları əhatə edən məsələlər, o cümlədən iqlim dəyişikliyi, terrorizmlə mübarizə, humanitar yardım, rəqəmsallaşma, ərzaq təhlükəsizliyi və süni intellekt kimi qlobal gündəmin önəmli mövzularının müzakirə ediləcəyi 50-dən çox sessiyanın keçirilməsi nəzərdə tutulur.
Dövlət başçısı Antalya Diplomatik Forumuna dəvətə görə Türkiyə Prezidentinə təşəkkürünü bildirərək, bu tədbirin beynəlxalq gündəlikdə duran vacib məsələlərin müzakirəsi üçün dünyanın aparıcı platformalarından biri olduğunu deyib. Söhbət zamanı dövlət başçıları ikitərəfli münasibətlər, Cənubi Qafqaz və Yaxın Şərq bölgələrində vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.
Forumda dəvətli qonaq qismində iştirak edən “Yeni Müsavat “Media Qrupunun rəhbəri Rauf Arifoğlunun verdiyi məlumata əsasən, panel müzakirələrində Kipr Türk Cümhuriyyəti prezidenti Ersin Tatar da iştirak edib. O, Kipr probleminin həlli mövzusuna həsr olunmuş panelə qatılaraq ingilis dilində çıxış edib və bu məsələdə öz baxışlarını bölüşüb.
Forumun moderatoru Türkiyə Respublikasının vitse-prezidenti Fuat Oktay olub. Müzakirələrdə Azərbaycan deputatları da daxil olmaqla, bir sıra ölkələrin parlamentariləri, siyasətçiləri və ekspertləri iştirak ediblər.
TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu siyasi ekspert Mehman İsmayılovla gündəmi müzakirə edir.
https://www.facebook.com/tvmusavat
https://www.youtube.com/@musavattv
15 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ