İnsanlara hürriyət, millətlərə istiqlal!

Salyanda yanğın olub, ölən var

Salyan rayonunda yanğın baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə “Salyan qida məhsulları İstehsalat Kommersiya Şirkəti” MMC-nin ərazisində qeydə alınıb.

Belə ki, şirkətin ərazisində istifadəyə yararsız taxta yeşiklər və tullantılar yanıb. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Yanğın baş verən ərazidən təxminən 10 metr kənarda 1996-cı il təvəllüdlü Yarıyev Nahid Camal oğlunun meyiti aşkar edilib. İlkin məlumata görə, o, elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR