İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyadan Paşinyana sərt CAVAB: Suverenliyinizin keşiyində dururuq  

Kreml Ermənistanın baş naziri Nikol Paşinyanın KTMT-nin Ermənistanın suverenliyinə təhlükə yaratması ilə bağlı fikirlərinə etiraz edib. 

Musavat.com xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov danışıb.

“Biz qəti şəkildə cənab Paşinyanla razılaşmamalıyıq, Ermənistanın suverenliyinə heç bir təhlükə KTMT-dən gələ bilməz və gəlmir. Əksinə, bu təşkilat üzv dövlətlərin suverenliyinin keşiyində durur. Amma biz səbirlə bu mövqeyi Ermənistan rəhbərliyinin diqqətinə çatdıracağıq”, - o, jurnalistlərə bildirib.

Rusiya dövlət başçısının mətbuat katibi də bəyan edib ki, Rusiya Ermənistanla əlaqələri davam etdirir və davam etdirəcək.

“Biz Ermənistanla təmasları davam etdiririk və davam etdirəcəyik. Təbii ki, Ermənistan bizim yaxın tərəfdaşımızdır”.

Bundan əvvəl Ermənistan hökumətinin başçısı Nikol Paşinyan Ümumdünya Erməni Sammiti Forumunda bildirib ki, Ermənistan KTMT ilə münasibətlərdə dönüş olmayan nöqtəyə yaxındır. Onun sözlərinə görə, təşkilat ölkənin suverenliyinə təhlükə yaradıb.

Şahanə Rəhimli

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR