İnsanlara hürriyət, millətlərə istiqlal!

Bahəddin Həzi-60  

 

Bu gün “Bizimyol” qəzetinin baş redaktoru, Azərbaycanın tanınmış jurnalisti Bahəddin Həzinin 60 yaşı tamam olur.

Musavat.com xəbər verir ki, Bahəddin Həzi 1965-cil aprelin 28-də Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndində anadan olub.

1983-1990 Bakı Dövlət Universitetində təhsil alıb. Əmək fəaliyyətinə 1989-cu ildə "Xazar” jurnalında ədəbi işçi olaraq başlayıb. 1990-1991 "Turan” agentliyində müxbir, 1991-1994 "Azadlıq” qəzetində müxbir, şöbə müdiri, redaktor müavini vəzifələrində çalışıb. 1999-cu ilin fevral ayında "Ekspress” qəzetində baş redaktorun birinci müavini təyin olunub. Bahəddin Həzi, daha sonra 1998-1999 fevral "Avrasiya” qəzetində şərhçi, 1994-1998 "Çağ” qəzetinin baş redaktoru, 1996-2003 "Azadlıq” radiosunda şərhçi, 2005-ci ildən isə  "Bizim Yol” qəzetinin baş redaktorudur. 

Baş redaktor 2010-cu ildə Prezident İlham Əliyevin sərəncamı ilə "Əməkdar jurnalist" fəxri adına layiq görülüb. 

“Yeni Müsavat” Media Qrupu olaraq Bahəddin Həzini yubiley yaşı münasibətilə təbrik edirik.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR