Onlayn ictimai-siyasi qəzet
Ötən gecə Türkiyədə uçqun olub.
Samsunda baş verən faciəvi hadisə ilə bağlı anbaan görüntülər yayılıb. Hadisə nəticəsində 3 nəfər ölüb, bir nəfər yaralıdır.
Hadisə Canik rayonunun Toptepe mahalındakı yanacaqdoldurma məntəqəsində saat 23.20-də baş verib. Dağdan qoparaq düşən daşlar yanacaqdoldurma məntəqəsinin avtomobil yuma hissəsinə düşüb. Bu zaman orada olan avtomobil dağıntılar altında qalıb.
Əraziyə çox sayda axtarış-xilasetmə və təcili tibbi yardım ekipajları göndərilib. Ana Çiğdem Kaya, aparılan xilasetmə əməliyyatları nəticəsində yaralı olaraq xəstəxanaya aparılıb.
Hadisə nəticəsində ölənlər ata və iki övladıdır. Ana isə yaralı haldadır./Milli.az/
28 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ