Onlayn ictimai-siyasi qəzet
Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçiriləcək.
Teleqraf xəbər verir ki, toplantıda “Terrorsuz Türkiyə” strategiyası çərçivəsində görülən işlər, əldə olunan nəticələr müzakirə ediləcək.
İclasın gündəliyində olan əsas məsələlərdən biri PKK terror təşkilatının ləğvi və silahlarının təhvil alınmasıdır.
Nazirlər Kabinetinin gündəmində Kipr adasındakı hadisələr də var. Türk dövlətlərinin (Qazaxıstan, Özbəkistan və Türkmənistan) Cənubi Kiprdə səfirlik açmaq qərarına qarşı görüləcək tədbirlər də müzakirə olunacaq. Şimali Kipr Türk Cümhuriyyətinin beynəlxalq səviyyədə tanınması təşəbbüsləri də gündəmdədir. Prezident Ərdoğanın həftəsonu adaya səfəri gözlənilir.
Suriya və Qəzza zolağındakı son durum da müzakirə mövzuları arasındadır.
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu olacaq. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
28 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ