İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə 65 ZƏLZƏLƏ OLDU - Yaxın günlərdə... (ŞOK POQNOZ)

25 aprel tarixində Türkiyənin Kütahya vilayətinin Simav rayonunda baş vermiş 4,6 bal gücündə zəlzələdən sonra gecə saatlarında bölgədə ardıcıl yeraltı təkanlar müşahidə olunub.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, gecə boyunca baş verən 3,4; 3,9 və 4,1 bal gücündə zəlzələlər sakinlər arasında təşvişə səbəb olub.

GECƏ ƏRZİNDƏ 65 TƏKAN

Kandilli Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutunun verdiyi məlumata görə, Simavda 00:01-dən 07:37-yə qədər olan müddətdə maqnitudası 0,9 ilə 4,1 arasında dəyişən ümumilikdə 65 afterşok qeydə alınıb. Yeraltı təkanlar yaxın ərazilərdə də hiss olunub və əhali gecəni qorxu içində keçirib.

Rəsmilər hazırda bölgədə hər hansı ciddi dağıntı və ya itki olmadığını bildirsələr də, zəlzələ riskinə qarşı ehtiyatlı olunması tövsiyə olunur.

Toğrul İSMAYIL,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR