Onlayn ictimai-siyasi qəzet
Nərimanov rayonunda görkəmli oftalmoloq alim, Əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın anadan olmasının 102 illiyinə həsr edilən xatirə tədbiri keçirilib.
Musavat.com xəbər verir ki, tədbirdə Nərimanov rayon rəhbərliyi, Azərbaycan Respublikası Milli Məclisinin üzvləri, incəsənət, səhiyyə, elm xadimləri və ziyalılar iştirak ediblər.
Tədbirdə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev, Millət Vəkili Hikmət Məmmədov və digər natiqlər Zərifə xanım Əliyevanın Azərbaycan xanımının ən gözəl keyfiyyətlərini özündə birləşdirən gözəl və qayğıkeş ana, cəfakeş və sədaqətli ömür gün yoldaşı, həm də Azərbaycan tibb elminə böyük töhfələr verən, görkəmli ziyalı alim olduğunu bildirdilər.
Xatirə tədbiri tanınmış incəsənət xadimlərinin çıxışları ilə davam edib.
28 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ