Onlayn ictimai-siyasi qəzet
Ötən həftə “Əqrəb mövsümü” 12-ci bölümlə final edib.
Musavat.com xəbər verir ki, ekran işində Sona obrazını canlandıran Əməkdar artist Həcər Ağayevanın rəqsi sosial mediada müzakirələrə səbəb olub.
İzləyicilər H. Ağayevanın rəqsinin serialın ən təsirli səhnəsi olduğunu bildiriblər.
Qeyd edək ki, ekran işi real hadisələr əsasında lentə alınıb və finalda həyat hekayəsi ssenariləşdirilən insanların fotoları yayımlanıb. Serialın ssenari müəllifi Azər Aydəmirdir. Emil Quliyevin rejissorluğunu etdiyi layihədə baş rolları Azər Aydəmir, Arif Mövsümov, Rövşən Məmmədli, Emin Mirabdullayev, Həcər Ağayeva, Şəlalə Şahvələdqızı, Elşən Rüstəmov və başqaları canlandırıb.
Könül
Musavat.com
28 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ