Onlayn ictimai-siyasi qəzet
İrəvanda Müdafiə Nazirliyinə məxsus avtomobil qəza törədib.
Ötən gün İrəvanda Ermənistan Müdafiə Nazirliyinə məxsus avtomobilin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Musavat.com xəbər verir ki, hadisə ilə bağlı yayılan iddialarda qəzanı şəxsən müdafiə naziri Suren Papikyanın törətdiyi bildirilir.
Məsələ ilə bağlı Ermənistan Müdafiə Nazirliyi rəsmi açıqlama verib. Qurum yayılan iddiaları təkzib edərək, qəza zamanı Suren Papikyanın evində olduğunu bəyan edib. Nazirliyin açıqlamasına baxmayaraq, bu məlumat Ermənistan ictimaiyyəti arasında birmənalı qarşılanmayıb və şübhələr doğurmağa davam edir.
Araşdırmaların davam etdiyi bildirilir.
@@TVmusavat/113914@@
Toğrul İSMAYIL,
Musavat.com
28 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ