Onlayn ictimai-siyasi qəzet
ABŞ ordusu Yəməndə Afrikalı miqrantların saxlanıldığı mərkəzi bombalayıb.
ABŞ Yəməndəki hücumlarına daha birini əlavə edib.
Musavat.com xəbər verir ki, İranın dəstəklədiyi husilərə məxsus media qurumlarında yayılan məlumatlara görə, ABŞ ordusu Yəmənin Səəda şəhərində Afrikalı miqrantların saxlanıldığı bir saxlanma mərkəzini bombalayıb.
30 nəfər həyatını itirib, 50 nəfər yaralanıb
Hücum nəticəsində azı 30 nəfərin həyatını itirdiyi, ən az 50 nəfərin isə yaralandığı bildirilir. Ərazidə axtarış-xilasetmə işlərinin davam etdiyi qeyd olunub.
Hadisə necə baş verib?
ABŞ Mərkəzi Qüvvələr Komandanlığı (CENTCOM) günün əvvəlində Yəməndə həyata keçirilən hücumlarla bağlı yazılı açıqlama yayıb. Açıqlamada 15 mart tarixindən bəri Yəməndə 800-dən çox husilərə məxsus hədəfin vurulduğu bildirilib. Qeyd olunub ki, bu hücumlar nəticəsində husilərin raket və pilotsuz uçuş aparatları (PUA) bölmələrinin yüksək rütbəli komandirləri də daxil olmaqla, yüzlərlə husi döyüşçüsü və çox sayda lideri məhv edilib.
CENTCOM-un açıqlamasında həmçinin vurğulanıb: "Onlar dənizdə gəmiçiliyin azadlığına mane olmağa davam etdikcə, biz də təzyiqləri artıracaq və husilərin imkanlarını zəiflətmək üçün hücumlarımızı davam etdirəcəyik."
Toğrul İSMAYIL,
Musavat.com
28 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ