İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazim Pişyari OD PÜSKÜRDÜ - “Nə vaxta qədər musiqimiz aşağılanacaq?”

"Bu televiziya kanallarının özbaşınalığı nə zaman bitəcək? Nə vaxta qədər Azərbaycan musiqisi aşağılanacaq?"

Musavat.com xəbər verir ki, bu sözləri müğənni Nazim Pişyari (Faytonçu) feysbuk hesabında yazıb.

"Rəngarəng" verilişində qonaq olan gənc müğənninin canlı ifa edə bilmədiyi görüntüləri yayımlayan Nazim aidiyyəti qurumlara səslənib:

"SOS! Müraciətim Televiziya Şşurasına, Bəstəkarlar İttifaqına, Yazıçılar İttifaqına, Prezident Aparatına və Milli Məclisədir! Bu televiziya kanallarının özbaşınalığı nə zaman bitəcək? Nə vaxta qədər Azərbaycan musiqisi aşağılanacaq? Nə zaman aidiyyəti qurumlar buna yetər söyləyəcək? Nə vaxta qədər Üzeyir bəyin şəxsiyyəti və təməlini qoyduğu Azərbaycan musiqisi tapdaq altında olacaq? Dayan! Dur! deməyin zamanı çatıb. Bu xalqın günahı yoxdur".

Könül
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR