İnsanlara hürriyət, millətlərə istiqlal!

Ramiz Mehdiyevdən Naxçıvanda baş verənlərə reaksiya: "Mən bu hadisələrdən..." - VİDEO

Bu gün TV Müsavatın efirində, aparıcı Sevinc Telmanqızının təqdimatında yayımlanan "Canlı debat" verilişinə Prezident Administrasiyasının və Azərbaycan Milli Elmlər Akademiyasının eks rəhbəri Ramiz Mehdiyev canlı telefon bağlantısı ilə qatılıb. Son vaxtlar Naxçıvan olayları və Vasif Talıbov ətrafında baş verənlərlə bağlı suala cavabında R.Mehdiyev bu hadisələrlə bağlı danışmaq istəmədiyini bildirib:

"Mən bu hadisələrdən uzağam. Xahiş edirəm, mənə bu sualları verməyin".

Xatırladaq ki, son zamanlar V.Talıbovun "vurulması" ilə R.Mehdiyevin siyasi səhnədən uzaqlaşdırılması arasında bənzərlik olduğunu deyənlər çoxluq təşkil edir. Naxçıvan "xan"ının da R.Mehdiyevin dəstəsinə aid olduğu, hakimiyyətin onların son elementlərindən qurtulmaq istədiyi də yayılan versiyalar sırasındadır.

Ramiz Mehdiyevin cavabı aşağıdakı videomaterialda yer alıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR