İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan Bakıda velosiped sürəcək, müxbirlər də arxasınca düşüb... - AÇIQLAMA + VİDEO

Ermənistanın Baş naziri Nikol Paşinyanın noyabr ayında Bakıda keçiriləcək  COP29 iqlim sammiti çərçivəsində Azərbaycana gəlib-gəlməyəcəyi ölkə gündəmində müzakirə edilən əsas mövzulardandır.

Musavat.com xəbər verir ki, "Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlu "TV Musavat"ın efirində aparıcı Sevinc Telmanqızının moderatorluğu ilə yayımlanan "Canlı Debat" verilişində bu barədə maraqlı fikirlər səsləndirib.

O xatırladıb ki, Azərbaycan rəsmi olaraq Ermənistanı COP29 iqlim sammitinə dəvət edib.

R. Arifoğlu Ermənistan nümayəndə heyətinin Bakıya gələcəyini bildirib:

"Bəs Paşinyan özü gələcəkmi? Arzu kateqoriyasında bildirirəm ki, gəlsə, çox yaxşı olardı... Təsəvvür edin, Paşinyan Bakının velo yollarında velosiped sürür, bizim müxbirlər də arxasınca düşüb, onu çəkirlər..."

Verilişin sözügedən hissəsini təqdim edirik:

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR