İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp mayın 8-də II dünya müharibəsinin qələbə günü elan edib

ABŞ prezidenti Donald Tramp nasist Almaniyası üzərində qələbəyə ən böyük töhfənin Amerikanın olduğunu bildirib və 8 mayı II dünya müharibəsində qələbə günü elan edib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Tramp ABŞ-nin II dünya müharibəsi zamanı nasizm üzərində qələbədə həlledici rol oynadığını, qələbəyə nail olmaq üçün “heç bir ölkənin bundan artıq iş görmədiyini” vurğulayıb.

Bundan əlavə, onun sərəncamına əsasən 11 noyabr da I dünya müharibəsininin qələbə günü kimi qeyd olunacaq.

“Biz hər iki müharibədə qalib gəldik, heç kim bizə güc, cəsarət və ya hərbi bacarıqd tay deyildi, amma biz heç vaxt heç nəyi bayram etmirik – bu, ona görədir ki, artıq bunu necə edəcəyini bilən liderlərimiz yoxdur! Qələbələrimizi yenidən qeyd etməyə başlamağa hazırlaşırıq” — Tramp sosial şəbəkələrində yazıb.

O, həmçinin amerikalıları qələbələri ilə bir daha fəxr etməyə çağırıb və qeyd edib ki, müttəfiqlər hər il 8 Mayı qeyd edirlər və indi ABŞ da bunu etməlidir.

Qeyd edək ki, müttəfiqlərdən biri olan Rusiya qələbə gününü mayın 9-da qeyd edir və SSRİ-nin nasizm üzərində qələbəyə daha çox töhfə verdiyini dönə-dönə qeyd edir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 May 2025

02 May 2025

BÜTÜN XƏBƏRLƏR