Onlayn ictimai-siyasi qəzet
2025-ci ilin aprelində "WhatsApp" tətbiqindən üç milyarddan çox insan istifadə edib. Bu göstərici ilə mesencer tarixdə üç milyard istifadəçi həddini keçən bir neçə tətbiqdən biri olub.
"WhatsApp" hazırda aktiv istifadəçilərin sayına görə "Facebook"la eyni sırada qərarlaşıb.
Xatırladaq ki, "WhatsApp" 2009-cu ildə istifadəyə verilib və 2014-cü ildə "Facebook" tərəfindən 19 milyard dollara satın alınıb.
10 il ərzində servisin auditoriyası 15 dəfə artıb. Satın alındıqdan sonra istifadəçilərin sayı 200 milyondan üç milyarda yüksəlib. /Lent.az
03 May 2025
02 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ