İnsanlara hürriyət, millətlərə istiqlal!

Müxalifət fraksiyası Paşinyanın impiçment prosesinə qoşulmağa hazırdır

Müxalifətçi parlament fraksiyası "Hayastan" Ermənistanın baş naziri Nikol Paşinyanın impiçment olunması prosesinə qoşulmağa hazırdır.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə fraksiyanın bəyanatında bildirilib.

Daha əvvəl ictimai fəallar Edqar Kazaryan və Narek Malyan parlamentin hər bir deputatına Paşinyanın istefası prosesini başlatmaq çağırışı ilə məktub göndəriblər.

Qeyd olunub ki, fraksiya həmişə Paşinyanın hökumət başçısı vəzifəsindən uzaqlaşdırılmasının tərəfdarı olub.

"Paşinyana impiçment vasitəsilə etimadsızlıq göstərilməsi üçün ciddi siyasi və hüquqi əsaslar var. Digər tərəfdən, parlamentdə impiçment məsələsi azı 36 deputatın imzası təmin edildiyi təqdirdə müzakirə oluna bilər. Uğur üçün azı 54 səs tələb olunur", - bəyanatda bildirilib.

Qeyd edilib ki, prosesin təşəbbüskarları hər hansı bir siyasi partiya və ya hərəkatı təmsil etmirlər və əslində impiçmentin uğursuzluğuna görə siyasi məsuliyyət daşımırlar.

"Hayastan" fraksiyası əgər təşəbbüskarlar çatışmayan 8 imzanı təmin edə bilərsə, prosesin başlanması üçün 28 imza (fraksiya üzvlərinin sayına görə) verməyə hazır olduğunu yekdilliklə təsdiqləyir", - bəyanatda vurğulanıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 May 2025

02 May 2025

BÜTÜN XƏBƏRLƏR