Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp xüsusi nümayəndəsi Stiv Uitkoffun oğlu Aleksandr Uitkoffun Holokost Xatirə Muzeyinin idarə heyətinə üzv təyin olunduğunu açıqlayıb.
Musavat.com xəbər verir ki, bu barədə Tramp özünün “Truth Social” sosial şəbəkəsində məlumat verib.
Aleksandr Uitkoff bu postda ABŞ-ın keçmiş vitse-prezidenti Kamala Harrisin həyat yoldaşı Duqlas Emhoffu əvəz edib.
Trampın bildirdiyinə görə, idarə heyətinə Uitkoffdan başqa daha bir neçə namizəd də daxil edilib: “Şura mühüm missiya daşıyır – tarixdəki ən faciəli dövrlərdən birində həyatını itirən insanların xatirəsini və hekayələrini qorumaq”.
30 aprel tarixində Duqlas Emhoff idarə heyətindən çıxarıldığını bəyan edərək bu qərarı siyasi motivli adlandırıb. O vurğulayıb ki, heç bir siyasi qərar onun Holokost qurbanlarının xatirəsini yaşatmaq əzmini zəiflədə bilməz.
Dünən, 1 mayda isə keçmiş vitse-prezident və sabiq prezidentliyə namizəd Kamala Harris amerikalıları Donald Trampa qarşı birləşməyə çağırıb.
Musavat.com
02 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ