İnsanlara hürriyət, millətlərə istiqlal!

ŞOK HESABAT - Bir ayda ruslar bu qədər ərazi ƏLƏ KEÇİRİB

Bir ayda ruslar 175 km² ərazini ələ keçirib. Rus qoşunlarının ən böyük irəliləyişi Suxaya Balka və Kalınova istiqamətində fəaliyyət göstərən iki brigadanın zonasında olub.

Musavat.com xəbər verir ki, bu barədə "DeepState" məlumat yayıb.

Aprel ayındaki ümumi itkilərin demək olar ki, üçdə biri bu cəbhədə baş verib.

"DeepState" məlumatına görə, ruslar Suxaya Balka və Kalınova ətrafında 50 km² ərazini ələ keçiriblər. Gözlənilməz irəliləyiş Rozliv və Konstantinopol istiqamətində qeydə alınıb. Belə ki, 43 km² ərazi itirilib. Katerinovka rayonunda 30 km², Nadeyevka bağlarında 11 km², Andreyevkanın şimalında isə 15 km² ərazi itirilib. Bu beş istiqamət aylıq itkilərin 85%-ni təşkil edir.

Pokrovsk istiqamətində ən ağır vəziyyət Yelizavetovka, Tarasovka, Stara Nikolayevka, Lisovka, Uspenovka, həmçinin Şevçenko–Pesçanoye və Kotlınoye–Udaçnoye ərazilərində müşahidə olunur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 May 2025

02 May 2025

BÜTÜN XƏBƏRLƏR