İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Müdafiə Nazirliyi: Bir gecədə 121 ukraynalı dron vuruldu

Rusiya Müdafiə Nazirliyi Ukraynaya məxsus 121 pilotsuz uçuş aparatının (PUA) bir gecə ərzində məhv edildiyini açıqlayıb.

Musavat.com xəbər verir ki, bu barədə rəsmi məlumat qurumun mətbuat xidmətində yayımlanıb.

Bəyanatda bildirilir ki, dronlardan 89-u işğal olunmuş Krım ərazisində, 23-ü Qara dəniz akvatoriyasında, 4-ü Krasnodar diyarında, 2-si Orlov vilayətində, hərəsi bir olmaqla Azov dənizi, Bryansk və Belqorod vilayətləri üzərində məhv edilib.

Moskva Ukraynanı Rusiyanın daxili bölgələrinə və işğal etdiyi ərazilərə qarşı dron hücumlarını intensivləşdirməkdə ittiham edir.

Ukrayna isə adətən bu hücumlara görə rəsmi məsuliyyəti öz üzərinə götürmür, lakin Rusiyanın işğalçı siyasətinə cavab verdiyini bildirir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 May 2025

BÜTÜN XƏBƏRLƏR