İnsanlara hürriyət, millətlərə istiqlal!

"İçim yanır" deyən Kırmızıgül xəstəxanaya yerləşdirildi

Qısa müddət ərzində həm anasını, həm ögey anasını, həm də yaxın dostunu itirən məşhur sənətçi Mahsun Kırmızıgül yaşadığı güclü stressin ardından ürək döyüntülərinin artması səbəbilə xəstəxanaya müraciət edib.

Musavat.com "Haberler.com"a istinadən xəbər verir ki, bütün bu emosional yüklənmə və stress nəticəsində Kırmızıgül ötən günlərdə ürək çarpıntısı şikayəti ilə İstanbul Bakırköy Dr. Sadi Konuk Tədris və Araşdırma Xəstəxanasına müraciət edib. Xüsusilə Volkan Konakın səhnədə qəfil infarkt keçirməsi və dünyasını dəyişməsi Kırmızıgülü öz səhhətini ciddiyə almağa vadar edib.

"Milliyet" qəzetinin xəbərinə görə, kardiologiya şöbəsində aparılan yoxlamalar nəticəsində sənətçinin səhhətində ciddi bir problem olmadığı müəyyən edilib. Hətta xəstəxanadan çıxmazdan əvvəl onu müayinə edən tibb işçilərinin xatirə fotosu istəklərini də geri çevirməyib.

Son vaxtlar yaşadığı itkilərlə medianın diqqət mərkəzində olan Mahsun Kırmızıgülün bir müddət dincələrək mənəvi gücünü bərpa etməyə çalışacağı bildirilir.

Qeyd edək ki, Mahsun Kırmızıgülün 99 yaşlı anası Faike Arık 2024-cü ilin 6 dekabrında vəfat edib. Bu itkidən qısa müddət sonra isə ögey anası Zühre Bazencir dünyasını dəyişib. Duyğularını sosial şəbəkədə bölüşən Kırmızıgül “İçim yanır” sözləri ilə kədərini ifadə edib. Lakin itkilər bununla bitməyib. Kırmızıgül ustad sənətçi Edip Akbayramın və daha sonra çox yaxın dostu Serşat Erbilginin ölüm xəbərləri ilə bir daha dərin hüzn yaşayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR