İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna sülhü Putindən asılıdır – Avropa prosesdən kənarda qalır

Ukrayna ətrafında baş verən gərginliklərin həlli ilə bağlı diqqətlər Rusiyanın lideri Vladimir Putinlə ABŞ-ın xüsusi nümayəndəsi Uitkoff arasında gözlənilən görüşə yönəlib.

Musavat.com xəbər verir ki, nüfuzlu "Spectator" jurnalı bu görüşün Ukrayna münaqişəsinin həllində həlledici rol oynayacağını yazıb.

Nəşrin fikrincə, ABŞ nümayəndəsinin Londonda keçirilən son diplomatik görüşlərdə iştirak etməməsi Avropa İttifaqının danışıqlar prosesindən kənarda qalmasına səbəb olub. Bu isə gələcək sülh razılaşmalarının daha çox Moskva-Vaşinqton xətti üzrə formalaşacağını göstərir.

Məqalədə vurğulanır ki, Avropanın prosesdən uzaq tutulması, xüsusilə Almaniya və Fransanın maraqlarına ziddir və bu, regionda yeni diplomatik balanssızlıq yarada bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR