İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynada savaş QIZIŞDI: Aviasiya və raket-kosmik obyektləri BOMBALANDI - CANLI

Rusiya Silahlı Qüvvələri Ukraynanın hərbi müəssisələrinə uzaqmənzilli yüksək dəqiqlikli silahlarla genişmiqyaslı zərbə endirib.

Musavat.com bildirir ki, bu haqda Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, zərbələrin hədəfi Ukraynanın aviasiya və raket-kosmik sənayesi müəssisələri olub. Bundan başqa, Rusiya MN Ukraynanın Donetsk vilayətində Boqdanovka yaşayış məntəqəsinin nəzarətə götürüldüyünü açıqlayıb.

“Kiyev enerji obyektlərinə hücumlara qoyulan moratoriumu və Pasxa atəşkəsini pozub”. Bunu isə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri sanki amerikalıları qəsdən pis vəziyyətdə qoymaqdan ötrü atəş açmaq üçün HIMARS-dan istifadə edib.
Rusiya XİN sözçüsü Ukrayna prezidenti Volodimir Zelenskini Londonda ABŞ və Avropa ölkələri ilə məsləhətləşmələri pozmaqda və sülh prosesini tormozlamağı arzulamaqda ittiham edib.

“Elə bilirdim ki, Zelenski ilə razılaşmaq asan olacaq, amma göründü ki, çox çətindir”. ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında belə deyib.

“Məncə, Rusiya hazırdır və çoxları deyir ki, Rusiya hər şeyə getmək istəyir. Və hesab edirəm ki, biz Rusiya ilə razılığa gəlmişik. Zelenski ilə razılığa gəlməliyik. Düşündüm ki, onunla danışıqlar aparmaq daha asan olacaq, amma daha çətin oldu. Fikrimcə, hər iki tərəflə anlaşmamız olacaq”, - Tramp bildirib.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu siyasi analitik Fikrət Fəraməzoğlu ilə gündəmi müzakirə edir.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR