Onlayn ictimai-siyasi qəzet
Türkiyənin sevilən müğənnilərindən olan Şimal, həyatın ona təqdim etdiyi ən çətin sınaqlardan uğurla keçərək, izləyicilərinə bir daha güc, iradə və inamın rəmzi olduğunu sübut edib.
Musavat.com xəbər verir ki, əvvəllər döş xərçəngi diaqnozu ilə uzun və ağır bir mübarizə aparan sənətçi, bu xəstəlikdən sağalaraq həyatına yeni bir səhifə açmışdı.
Lakin bu mübarizənin ardınca ona beynində şiş diaqnozu qoyulmuşdu. Bu xəbər həm onu, həm də onu sevənləri dərin sarsıntıya uğratmışdı. Lakin Şimal bir daha öz iradəsinin nə qədər güclü olduğunu göstərdi – o, bu ağır xəstəliyi də məğlub etdi!
Müğənni bu sevindirici xəbəri şəxsi sosial media hesabında izləyiciləri ilə bölüşüb. Paylaşımında isə qısa, amma çox mənalı bir ifadə ilə müraciət edib:
"Maşallah deməyi unutmayın!"
Şimalın sağlamlığına qovuşması ilə yanaşı, yaxın günlərdə yenidən səhnəyə çıxacağı da bildirilir. Müğənni uzun fasilədən sonra tamaşaçıları ilə canlı ünsiyyətdə olacaq, musiqi ilə yenidən könüllərə toxunacaq.
Musavat.com
24 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ