İnsanlara hürriyət, millətlərə istiqlal!

Ramid Namazov: Avropa İttifaqının Ermənistandakı missiyaları Azərbaycana təhdid yaradır

“Avropa İttifaqının Ermənistandakı missiyaları Azərbaycana təhdid yaradır”.

APA xəbər verir ki, bunu Milli Məclisdə “Cənubi Qafqazda sabitliyə “sülh missiyası” adlı hibrid hücum” mövzusunda keçirilən ictimai müzakirədə Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının sədri Ramid Namazov deyib.

O, Avropa İttifaqının bu və ya digər ölkədə missiyasının yaradılmasının hüquqi əsasını təşkil edən iki şərtin olduğunu bildirib - tərəfdaş ölkənin dəvəti və ya BMT Təhlükəsizlik Şurasının qətnaməsi: “Ermənistandakı missiyaya gəldikdə isə, tamamilə başqa mənzərənin şahidi oluruq. Bu günə qədər Avropa İttifaqı Ermənistanda EUMCAP, EUPAT və EUMA adları altında üç missiya yaradıb. Bunlardan birincisi qismən qanuni əsaslarla yaradılsa da, digər ikisi Azərbaycanın razılığı olmadan, ölkəmizin ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına və suverenliyinə təhdid yaradacaq missiyalar kimi qiymətləndirilə bilər. İlk iki missiya fəaliyyətini tamamlayıb, EUMA-nın isə birinci səlahiyyət müddəti 2025-ci il fevralın 19-da bitib.

2025-ci il yanvarın 10-da Aİ-nin xarici siyasət üzrə sözçüsü Anitta Hipperin “Azadlıq Radiosu”nun erməni xidmətinə verdiyi açıqlamada Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın Missiyanın daha iki il müddətinə uzadılması ilə bağlı təklif verdiyi və bunun üzv ölkələr tərəfindən dəstəkləndiyi qeyd olunub. Yanvarın 30-da isə EUMA-nın fəaliyyət müddətinin 2027-ci il fevralın 19-na kimi uzadılması qərarı verilib”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR