Onlayn ictimai-siyasi qəzet
Dünən gecə İstanbulda səmanın qırmızı rəngə bürünməsi bir çox insanı qorxuya salıb və sosial mediada müzakirələrə səbəb olub.
Musavat.com "Ekol TV"yə istinadən xəbər verir ki, sosial şəbəkələrdə “Zəlzələnin əlamətidirmi?” sualı gündəmə gəlib.
Ancaq mütəxəssislər bu cür rəng dəyişikliklərinin zəlzələ ilə heç bir əlaqəsi olmadığını vurğulayıb.
Hava Forumu tərəfindən verilən açıqlamada bildirilib ki, bu görüntü tamamilə meteoroloji səbəblərlə izah olunur:
"İstanbul, Yalova, Kocaeli və digər bölgələrdə qırmızı səmanı görənlər olub. Elmi olaraq bu halın zəlzələ ilə heç bir əlaqəsi yoxdur. Bu gecə və sabah havanın dumanlı olacağı gözlənilir. Belə hava şəraitində şəhər işıqları asanlıqla səmaya əks olunur. Bunu qış aylarında qar yağarkən səmanın narıncı görünməsi kimi düşünmək olar".
İqbal RZAYEV,
Musavat.com
24 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ