Onlayn ictimai-siyasi qəzet
İsrail hökuməti Qəzza zolağında yaşayan fələstinlilərə maddi və sosial dəstək qarşılığında bölgəni tərk etməyi təklif edir. Plan beynəlxalq mediada rezonans doğurub.
Musavat.com xəbər verir ki, AFP agentliyinin yaydığı məlumata görə, İsrail Qəzza sakinlərinə 5 min ABŞ dolları, iş, aylıq maaş və yaşayış şəraiti vəd edir. Sakinlərin köçməsi üçün Fransa, Yunanıstan və Malayziya kimi ölkələr nəzərdə tutulur.
Lakin bu təklifin ciddi şərtləri var: Qəzza sakinləri fələstinli şəxsiyyət vəsiqəsindən imtina etməli, torpaqlarını təhvil verməli və geri qayıtmaq hüququndan birdəfəlik əl çəkməlidirlər.
Təklif beynəlxalq hüquq və insan haqları kontekstində ciddi suallar doğurur. Fələstin tərəfi bu təşəbbüsü "etnik təmizləməyə bənzər" bir plan kimi qiymətləndirir. İsrail isə iddia edir ki, bu, həm Qəzza sakinlərinin rifahı, həm də bölgədə sabitlik üçün atılan humanitar addımdır.
Musavat.com
24 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ