Onlayn ictimai-siyasi qəzet
"Azərbaycanda omba əməliyyatı qadağan edilməlidir. Ayıbdır. Millət müğənninin oxumağını dinləməlidir, bədəninə baxmamalıdır".
Musavat.com xəbər verir ki, bu sözləri müğənni Fuad Musayev sosial şəbəkə paylaşımında yazıb.
O, MTV kanalında yayımlanan "Toylar kraliçası" proqramından görüntü yayımlayaraq, onları tənqid edib:
"İrəliləyiş var. Bu nədir, nə biabırçılıqdır? "Arvadlar kraliçası"dır. Bəlkə, yaxşı musiqiçilərdir. Amma MTV-nin adına ayıbdır. Dünyada MTV-də ən yaxşı musiqilər verirlər. Bizdə MTV budur. "Toylar kraliçası"na baxın. Mən bundan utanıram. İnkişaf edirik, hər şey əladır".
24 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ