Onlayn ictimai-siyasi qəzet
Pakistan Hindistanla sərhəddə yerləşən "Vaqah" nəzarət-buraxılış məntəqəsini, eləcə də Hindistan və hindistanlılara məxsus aviaşirkətlər üçün ölkənin hava məkanını bağlayır.
Musavat.com TASS-a istinadən xəbər verir ki, bu qərar Pakistanın Milli Təhlükəsizlik Şurasının iclasının nəticəsi olaraq qəbul edilib.
İclas Nyu-Dehlinin mübahisəli Cammu və Kəşmir bölgəsinin Hindistana aid hissəsində baş verən terror aktına reaksiyası ilə bağlı keçirilib.
"Pakistan "Vaqah" keçid məntəqəsini dərhal bağlayacaq. Bu marşrutla Hindistandan həyata keçirilən bütün transsərhəd tranzitlər istisnasız olaraq dayandırılacaq. Sərhədi etibarlı icazələrlə keçənlər aprelin 30-dan gec olmayaraq bu keçid məntəqəsindən qayıda bilərlər. Pakistanın hava məkanı isə dərhal qüvvəyə minməklə Hindistan və ya hindistanlılar tərəfindən idarə olunan bütün aviaşirkətlər üçün bağlanır", - məlumatda deyilir.
İqbal RZAYEV,
Musavat.com
24 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ