Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın milli aviadaşıyıcısı "Azərbaycan Hava Yolları" QSC (AZAL) yay uçuş cədvəli çərçivəsində aprelin 28-dən Tivata, mayın 2-dən isə Batumiyə müntəzəm uçuşlar yerinə yetirəcək.
Musavat.com AZAL-a istinadən xəbər verir ki, bu populyar kurort şəhərlərinə reyslər həftədə iki dəfə həyata keçiriləcək. Monteneqronun Tivat şəhərinə — bazar ertəsi və cümə axşamı, Gürcüstanın Batumi şəhərinə isə cümə və bazar günləri uçuşlar həyata keçiriləcək.
Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobil tətbiqindən, həmçinin AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərdən əldə edə bilərsiniz.
24 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ