Onlayn ictimai-siyasi qəzet
Rusiyada 2025-ci ilin ilk üç ayı ölkə iqtisadiyyatı üçün sarsıdıcı rəqəmlərlə yadda qaldı. Federal büdcədə yaranan nəhəng kəsir rəsmi səviyyədə təsdiqləndi.
Musavat.com xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin yanvar-mart aylarında büdcə kəsirinin 2,2 trilyon rubl təşkil etdiyini açıqlayıb. Dövlət başçısının sözlərinə görə, bu rekord həcmli kəsir əsasən xərclərin 25% artması ilə əlaqədardır.
Putin bildirib ki, büdcə xərclərinin ilin əvvəlində cəmlənməsi və bu vəsaitlərin öncədən istifadə olunması, kəsirin bu qədər artmasına səbəb olub.
Ekspertlər isə qeyd edirlər ki, bu maliyyə boşluğu Rusiyanın qarşıdakı aylarda ciddi iqtisadi çətinliklərlə üzləşəcəyini göstərir.
Musavat.com
24 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ