İnsanlara hürriyət, millətlərə istiqlal!

Haylar qəzəb içində – Tramp erməniləri indi də belə “vurdu”

ABŞ prezidenti Donald Tramp ermənilərin 24 aprel yalançı “ağlaşma günü” hayları, yumşaq yazsaq, bərk məyus edib. O, sələfi Co Baydendən fərqli olaraq, “genosid” sözü işlətməyib. İlk prezidentlik müddətində də (2016-2020) bunu etməmişdi.

Amma fərq bundadır ki, Bayden dönəmində (2020-2024) ABŞ Konqresinin hər iki palatası ilk dəfə olaraq qondarma “erməni soyqırımı”nı tanımış, elə həmin il də (24 aprel 2021) Bayden müraciətində “soyqırımı” sözünü işlətmişdi. Mənfur qəbiləni həm də o səbəbə od götürüb.

Ancaq bu, Trampın yalnızca Baydenə olan antipatiyasına görə və yaxud Türkiyəyə, Azərbaycana xoş gəlmək üçün etdiyi jest deyil. Eyni zamanda, onun ekstraordinar xarakterindən doğan bir davranışdır. Hər necə olmasa, Fransadan fərqli olaraq, Amerikada uydurma soyqırımı inkara görə cəza nəzərdə tutan qanun yoxdur. Yəni kimsə Trampa hüquqi aspektdə də irad tuta, çəp baxa bilməz...

İkinci yandan, Ağ Evin indiki başçısı, Bayden kimi ABŞ-dakı erməni lobbisinə bağlı şəxs deyil. Son prezident seçkisində diaspora ölkənin erməni əsilli vətəndaşlarına Trampı dəstəkləməklə bağlı çağırış da etməyib.

Doğru, səsverməyə az qalmış Donald Tramp ermənilərə, o sırada Qarabağdan könüllü çıxıb getmiş “xristian əhali”yə reverans eləmiş, onların “hüquq ları” haqda hayların qulağına xoş gələn bəzi sözlər demişdi. Ancaq artıq aydın öldür ki, bunlar sırf seçki təbliğatının elementləri imiş.

Ağ Ev rəhbəri şübhəsiz, “genosidi” inkar eləməklə həm də qondarma məsələnin ümumbəşəri mövzu olmadığına diqqət yönəltmiş oldu. Qısası, Tramp ədaları yer-göyə sığmayan sırtıq toplum üçün “qoruyucu mələk” olmaq fikrində deyil. Onun belə niyyəti yoxdur. Bayden hökuməti gethagetdə ABŞ-la Ermənistan arasında imzalanmış Strateji Tərəfdaşlıq haqda Xartiyanın (14 yanvar 2025) artıq 100 gündür unudulması qənaətimizi gücləndirir...

Maraqlıdır ki, prezidentin ardınca ABŞ-ın Ermənistandakı səfiri Kristina Quinn aprelin 24-də İrəvanda qondarma “soyqırım” abidəsini ziyarət etməsinə rəğmən, 1915-ci il hadisələrini “soyqırım” adlandırmayıb. Hansı ki, səfir postuna məhz Bayden administrasiyası dövründə təyin olunub.

Qondarma abidənin ziyarətinə gəlincə, ona qalsa, misal üçün, İran və Gürcüstan rəsmiləri də adətən İrəvana səfər protokolunun tərkib hissəsi kimi buna əməl edir.

Ancaq bəllidir ki, nə İran, nə də qərb qonşumuz saxta iddianı parlament və ya dövlət səviyyəsində tanımayıb.

Nəhayət, əgər Ermənistan rəhbərliyi, özəlliklə baş nazir Nikol Paşinyanın özü “soyqırımı bizim xarici siyasətimizdə prioritet deyil” deyirsə və uydurma iddianı şübhə altına alırsa, Amerika lideri niyə ermənidən çox erməni olmağa çalışsın ki?..

Ağlı yerində olan hər kəs bilir ki, ermənilərin saxta iddiasının, 1.5 milyon rəqəminin tarixlə, reallıqla hər hansı əlaqəsi yoxdur. Bu, sırf zavallı və bədbəxt toplumu Türkiyəyə, Türkə qarşı istifadə eləmək, xalqlar arasında barışığa imkan verməmək üçün düşünülüb.

Yaxşı ki, heç olmasa, Paşinyan gerçəyi yavaş-yavaş anlamağa başlayıb. Hərçənd, ictimai səviyyədə dərk son dərəcə ağrılı gedir, o da əgər gedirsə...

Odur ki, ermənilər dizlərinə döyüb Trampdan incik düşməkdən, onu öz tərbiyələrinə uyğun söyməkdənsə, güzgüdə bir daha özlərinə baxsınlar. XXI əsrdə uydurma tarixlə yaşamaq, qabağa getmək, inkişaf eləmək mümkünsüz! Bu, boşuna zaman itkisidir.

Hələ vaxt var ikən, bu xalq öz çiynindən az qala, iki əsrılik ağır və mənasız yükü yerə atmalı, nə qədər gec deyil, qonşu Azərbaycan və Türkiyə ilə barışığı əngəlləyən sərsəm ideologiyadan, qondarma “milli qəhrəmanlar”dan təcili imtina eləməlidir. Əks halda, “real Ermənistan” da olmayacaq...

Z.SƏFƏROĞLU

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR